Bazar ertəsi, 06 May

"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir" - Ukrayna Baş Qərargahı

image

"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir".

Xəbər verilir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, səfərbərliyə cəlb olunanların mümkün fərariliyi və ya təxribatlarının qarşısını almaq üçün xüsusi təyinatlı alayın 200-dək polisi Baxmut istiqamətinə göndərilib.

Məlumatda həmçinin Müdafiə Qüvvələrinin bölmələrinin gün ərzində 1 Mi-24 hücum helikopterini və düşmənin 4 hava hücumundan müdafiə sisemini məhv etdiyi bildirilib:

"Ukrayna aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 20 zərbə endirib. Topçularımız və reaktiv yaylım atəş sistemlərimiz idarəetmə məntəqəsinə, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 əraziyə və 3 sursat anbarına zərbələr endirib".

Operativ məlumatda qeyd olunub ki, son sutkada qarşı tərəfin 70-ə yaxın hücumu dəf edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb. İki ölkə arasında müharibə bir ildir ki, davam edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15